"Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra Moskvanın Ukraynadakı münaqişənin ədalətli həllinə sadiqliyini təsdiqləyib".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
XİN rəhbəri Rusiyanın “Qərbin yaratdığı Ukrayna böhranının ədalətli həllinə dair” qəti mövqeyini xatırladıb: "Bu mövqe dünən Putin tərəfindən Trampla telefon danışığından sonra bir daha aydın şəkildə təsdiqləndi".
Daha əvvəl Putin jurnalistlərə açıqlamasında Trampla telefon danışığının iki saatdan çox davam etdiyini və mənalı və səmimi olduğunu bildirib.