Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin ABŞ-nin Kubaya qarşı sanksiyalarını kəskin tənqid etdi

2 dəq
Paylaş:
Putin ABŞ-nin Kubaya qarşı sanksiyalarını kəskin tənqid etdi

Prezidenti Vladimir Putin Kremldə Kubanın naziri Bruno Rodriqes ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüş zamanı Rusiya lideri kommunist rejimi tərəfindən idarə olunan adaya qarşı tətbiq edilən yeni sanksiyaların olduğunu vurğulayıb.

Putin Rusiyanın hər zaman Kubanın yanında olduğunu və Moskvanın bu məsələdə mövqeyinin "aydın və birmənalı" olduğunu qeyd edib.

Hazırda Kuba yanacaq tədarükünün kəsilməsi səbəbindən ağır ilə üz-üzədir.

Rusiya tərəfi Havanaya neft çatışmazlığını aradan qaldırmaq üçün maddi və texniki yardım göstərəcəyini bəyan edib.

Eyni zamanda, Rusiyanın naziri Sergey Lavrov ABŞ-ni tam dəniz blokadasına əl atmamağa çağıraraq, məsələnin danışıqlar yolu ilə həllini təklif edib.

ABŞ Prezidenti Donald Tramp isə məhdudiyyətləri müdafiə edərək Kubanı "uğursuz dövlət" adlandırıb və Havana rəhbərliyini rəsmi Vaşinqtonla razılığa gəlməyə çağırıb. Kuba Prezidenti Migel Dias-Kanel isə dialoqa hazır olduqlarını, lakin bunun yalnız bərabərhüquqlu və suverenliyə hörmət çərçivəsində mümkün olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-nin Kubaya qarşı ticarət embarqosu 1960-cı ildən bəri davam edir. Son dövrlərdə Venesuela və Meksikanın təzyiqlər altında yanacaq tədarükünü dayandırması adadakı vəziyyəti kritik həddə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax