Operativ Məlumat Mərkəzi

Putin: Rusiya-Türkiyə ticarət dövriyyəsi 3% artıb

2 dəq
Paylaş:
Putin: Rusiya-Türkiyə ticarət dövriyyəsi 3% artıb
Putin bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə danışıb. Putin vurğulayıb ki, bu ilin ilk yarısında Rusiya ilə Türkiyə arasındakı...

Rusiya prezidenti Vladimir Putin Rusiya və Türkiyə arasında ticarətin inkişafından razı qaldığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə danışıb.

Putin vurğulayıb ki, bu ilin ilk yarısında Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 3% artıb.

O, hər zaman konstruktiv münasibətləri yüksək qiymətləndirdiyini, iki ölkə əlaqələrinin mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb.

Rusiya lideri qeyd edib ki, hökumətlərarası komissiya fəal işləyir və qarşılıqlı sərmayələr artır.

Onun sözlərinə görə, Rusiya şirkətləri Türkiyənin metallurgiya və avtomobil istehsalı sahələrində, Türkiyə şirkətləri isə Rusiyada maşınqayırma və ağac emalı sahələrində fəaliyyət göstərir.

Putin həmçinin enerji sahəsində tərəfdaşlığın strateji xarakter daşıdığını bildirib.

O xatırladıb ki, Rusiya Türkiyəyə təbii qazın əsas tədarükçülərindən biridir və qaz nəqli Qara dəniz, “Mavi axın” və “Türk axını” kəmərləri ilə davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər