Əsas məzmuna keç

Putin qubernatorlarla nə danışıb?- Peskovdan rəsmi açıqlama

Putin qubernatorlarla nə danışıb?-  Peskovdan rəsmi açıqlama

Kreml sözçüsü Dmitri Peskov Belqorod və Bryansk rəhbərlərinin vəzifədən kənarlaşdırılma detallarını açıqladı. Qladkov və Boqomazın gedişinin pərdəarxası burada.

en ru

Prezidenti Vladimir Putin region rəhbərlərinin istefası ilə bağlı qərarı qəbul etməzdən əvvəl onlarla danışıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri jurnalistlərin suallarına cavab verərkən bildirib.

Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ilə və vilayətlərinin qubernatorları arasında mütəmadi əlaqə olub və bu, dövlət idarəçiliyində normal praktikadır.

Məlumata əsasən, Vyaçeslav Qladkov və Aleksandr Boqomaz mayın 13-də vəzifələrindən azad ediliblər.

Onların yerinə müvafiq olaraq Aleksandr Şuvayev və Yeqor Kovalçuk müvəqqəti icraçı rəhbərlər təyin olunublar.

Kreml sözçüsü vurğulayıb ki, region rəhbərləri ilə daima əlaqədə olublar və istefa prosesi əvvəlcədən müzakirə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…