Operativ Məlumat Mərkəzi

Putin onunla görüşəcək

2 dəq
Paylaş:
Putin onunla görüşəcək
bu barədə Rəsmi Kreml məlumat yayıb. Kremlin bəyanatında bildirilir ki, tərəflər Rusiya-Suriya münasibətlərinin siyasi, ticarət-iqtisadi və humanitar...

Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Rusiyada işgüzar səfərdə olacaq Suriyanın müvəqqəti lideri Əhməd əl-Şara ilə danışıqlar aparacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəsmi Kreml məlumat yayıb.

Kremlin bəyanatında bildirilir ki, tərəflər Rusiya-Suriya münasibətlərinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə mövcud vəziyyəti və perspektivlərini, həmçinin Yaxın Şərqdə baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar.

Bundan əvvəl Suriya prezident administrasiyası məlumat vermişdi ki, əl-Şaraa Putinlə iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə etmək niyyətindədir. Suriya televiziyasının məlumatına görə, əl-Şaraanın Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin yenidən qurulması və siyasi və iqtisadi əməkdaşlığın müzakirəsinin bir hissəsi olacaq.

Xatırladaq ki, Putin və əl-Şara arasında ilk danışıqlar 2025-ci il fevralın ortalarında Suriyadakı vəziyyətin müzakirə edildiyi vaxtda baş tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər