Operativ Məlumat Mərkəzi

Putin Hindistanla strateji tərəfdaşlığı dəyərləndirib

1 dəq
Paylaş:
Putin Hindistanla strateji tərəfdaşlığı dəyərləndirib
bu barədə Rusiya prezidenti Vladimir Putinin Hindistanın Müstəqillik Günü münasibətilə Kremlin saytında dərc olunmuş təbrikində deyilir. “Biz Hindistan...

Rusiya Hindistanla strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Hindistanın Müstəqillik Günü münasibətilə Kremlin saytında dərc olunmuş təbrikində deyilir.

“Biz Hindistan ilə xüsusilə imtiyazlı strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk”, - mesajda deyilir.

Rusiya Federasiyasının Prezidenti danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin Rusiya ilə Hindistan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Putinin sözlərinə görə, bu, iki dövlətin xalqının maraqlarına cavab verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər