Əsas məzmuna keç

Puntland əyaləti Somali hökumətinin Efiopiya konsulluğunu bağlamaq qərarını tanımadığını açıqlayıb

Puntland əyaləti Somali hökumətinin Efiopiya konsulluğunu bağlamaq qərarını tanımadığını açıqlayıb

Somalinin yarı muxtar bölgələrindən biri olan Puntland əyaləti, hökumətin əyalətdəki Efiopiya konsulluğunu bağlamaq qərarını tanımadığını açıqlayıb. Bu...

Somalinin yarı bölgələrindən biri olan Puntland əyaləti, hökumətin əyalətdəki Efiopiya konsulluğunu bağlamaq qərarını tanımadığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Puntland hökumətindən verilən açıqlamada Efiopiya ilə mədəni, iqtisadi, təhlükəsizlik və sosial sahələrdə qurulan əlaqələr vurğulanıb.

Açıqlamada, Somali hökumətinin millətin birliyini və Somali dövlətinin qurulmasını təmin edən konstitusiyanın ləğv edildiyi ifadə edilərək, “Moqadişonun 4 aprel 2024-cü il tarixində konstitusiya ilə bağlı aldığı qərar, Somali xalqının marağı, lakin Puntland xalqına qarşı düşmənçilik, nifrət və təxribat üzərində qurulmuş və Somalinin federallaşmasının qarşısını almışdır", - deyə bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…