Operativ Məlumat Mərkəzi

PSJ "Real"ın ulduzlarından birini ala bilər

1 dəq
Paylaş:
PSJ "Real"ın ulduzlarından birini ala bilər
PSJ ulduz braziliyalının imzalanmasında maraqlıdır. Fransa qrandının prezidenti Nasser əl-Xelaifi Killian Mbappenin yerinə yeni ulduz imzalamaq istəyir....

"Real Madrid"in hücumçusu Vinisius Junior yay transfer pəncərəsində komandasını dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Todofichajes"ə istinadən xəbər verir ki, PSJ ulduz braziliyalının imzalanmasında maraqlıdır.

Fransa qrandının prezidenti Nasser əl-Xelaifi Killian Mbappenin yerinə yeni ulduz imzalamaq istəyir.

25 yaşlı hücumçu bu mövsümün sonunda PSJ-ni "Real"a dəyişəcək. Paris klubu da Junior və ya Rodriqonu imzalamağa ciddi yanaşır.

Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin ortalarına qədər, Rodriqonun isə 2028-ci ilə qədər nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər