Əsas məzmuna keç

Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara...

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayırıb.

Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun kəndi, Şuşa şəhəri, Laçın şəhəri və Laçın rayonunun kəndi yer alıb.

Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında seçicilərlə görüşə biləcəklər.

Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…