Əsas məzmuna keç

Prezident WUF13 üçün yeni vergi güzəştlərini təsdiqlədi

Prezident WUF13 üçün yeni vergi güzəştlərini təsdiqlədi

İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi imzaladı. Ümumdünya Şəhərsalma Forumu iştirakçıları üçün ƏDV və mənfəət vergisi azadolmalarının şərtləri məlum oldu.

en ru

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının () Azərbaycanda keçirilməsi ilə əlaqədar bəzi güzəştləri tətbiq ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi imzalayıb.

Belə ki, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmaları tətbiq ediləcək.

Bu azadolmalara aşağıdakılar aiddir:

- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri ( vergisi üzrə azadolma);

- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı ( üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…