Əsas məzmuna keç

Əntiq əşyaların idxalı ƏDV-dən azad edildi

Əntiq əşyaların idxalı ƏDV-dən azad edildi

İlham Əliyev Vergi Məcəlləsinə dair yeni qərarı imzaladı. Muzeylərin zənginləşməsi və kolleksiyaçıların xərclərinə qənaət edəcək mühüm güzəştin detalları ilə tanış olun.

en ru

Azərbaycana müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq. Nəticədə bu addım idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin və muzeylərin eksponatlarla zənginləşdirilməsinə töhfə verəcək.

Eyni zamanda, bu qərar beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək. Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…