ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatlarda ABŞ-nin hərbi bazalarından istifadəsini qadağan etməsindən sonra İspaniya ilə ticarəti tamamilə kəsəcəyi ilə hədələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp İspaniyanın dəhşətli davrandığını və ticarəti tamamilə kəsəcəyini bildirib:
"Biz onunla heç bir əlaqəmiz olmasını istəmirik. Mən İspaniya ilə bağlı hər şeyə sabah və ya hətta bu gün son qoya bilərəm".
Tramp və Maliyyə Naziri Skott Bessent ABŞ-nin İspaniyadan idxalı qadağan etmək üçün qanuni haqqının olduğunu israr ediblər.
Tramp həmçinin İspaniya hökumətindən narazılığını bildirib: "Bir çox digər Avropa ölkələrindən fərqli olaraq, müdafiə xərclərini ümumi daxili məhsulun 5%-nə qədər artırmaq tələbini yerinə yetirməkdən imtina edib".
O, daha əvvəl İspaniyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyi təklif etmişdi.
İspaniya hökuməti isə Trampa cavab olaraq bildirib ki, ABŞ administrasiyası İspaniya ilə ticarət münasibətlərini yenidən nəzərdən keçirmək istəyirsə, özəl şirkətlərin muxtariyyətinə, beynəlxalq hüquqa və Aİ ilə ABŞ arasında ikitərəfli müqavilələrə hörmət etməlidir.