Ekvadorda prezident seçkilərində namizəd olan Fernando Villavisensio silahlı hücum nəticəsində dünyasını dəyişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Villavicencio paytaxt Kitoda qatıldığı tədbirdən sonra maşınına minərkən başına üç güllə vurularaq qətlə yetirilib.
Hücum nəticəsində bir deputat namizədi və 2 polis əməkdaşı olmaqla 9 nəfərin yaralandığı da qeyd edilib.
Prezident Guillermo Lasso Villavicencionun öldürüldüyünü təsdiqləyərək, prezident seçkilərinə iki həftədən az müddətdə törədilən qətlin arxasında "mütəşəkkil cinayətin" olduğunu vurğulayıb.
"Sizi əmin edə bilərəm ki, bu cinayət cəzasız qalmayacaq. Mütəşəkkil cinayətkar qruplar həddindən artıq irəli gediblər, lakin onlar qanunun bütün ağırlığını hiss edəcəklər", - Lasso bildirib.
Qeyd edək ki, avqustun 20-də Ekvadorda prezident seçkiləri keçiriləcək.