Əsas məzmuna keç

Prezident: Nəqliyyat Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının əsas istiqamətlərindəndir

Prezident: Nəqliyyat Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının əsas istiqamətlərindəndir

Dövlət başçısı İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər dənizi logistika potensialının regionun iqtisadi inkişafındakı rolunu xüsusi vurğulayıb.

en ru

Mərkəzi Asiya və arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyatdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

"Xəzər dənizi bu gün ölkələrimizin əlaqələrində getdikcə daha böyük rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanın Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir", - vurğulayıb.

qeyd edib ki, bu gün Xəzər vasitəsilə daşımaların həcmində əhəmiyyətli artım müşahidə olunur: "Bizim ümumi vəzifəmiz bu marşrutları daha səmərəli və rəqabətqabiliyyətli etməkdir".

İlham Əliyev vurğulayıb ki, Orta Dəhliz getdikcə daha çox əhəmiyyət kəsb edir: "Ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 10 %-dən çox, cari ilin ilk 8 ayında isə təqribən daha 20 % artıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…