İran Prezidenti Məsud Pezeşkian və Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir Tehranda görüş keçirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, görüşdə əsas diqqət regional təhlükəsizlik məsələlərinə və ABŞ-nin İrana qarşı siyasətinə yönəlib.
Prezident Pezeşkian görüş zamanı Vaşinqtonun təzyiq və zorakılığa əsaslanan siyasətinin nəticə verməyəcəyini bildirib. O, beynəlxalq münasibətlərdə bu cür yanaşmaların qəbuledilməz olduğunu vurğulayıb.
Tərəflər həmçinin “İslamabad Sazişi”nin şərtlərinə ciddi əməl olunmasının vacibliyini qeyd ediblər.
Görüşdə regional təhdidlər qarşısında İslam dünyasının birliyinin gücləndirilməsi və İran-Pakistan arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.