İran Prezidenti Məsud Pezeşkian rəsmi Tehranın xarici siyasətində müsəlman dövlətləri ilə əlaqələrin genişləndirilməsinin prioritet təşkil etdiyini bildirib. O, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qurban bayramı münasibətilə Malayziyanın Baş naziri Ənvər İbrahim və Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı apardığını qeyd edən M.Pezeşkian, həmkarlarına təşəkkürünü çatdırıb: "Malayziyaya humanist mövqeyinə, Pakistana isə razılaşmanın əldə olunması istiqamətində göstərdiyi səylərə görə minnətdarlığımı bildirdim".
Dövlət başçısı vurğulayıb ki, İranın əsas hədəfi müsəlman ölkələri və qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirməkdir.