Əsas məzmuna keç

Türkiyənin bir sıra bölgələrində güclü yağışlar fəsadlara yol açıb

Türkiyənin bir sıra bölgələrində güclü yağışlar fəsadlara yol açıb

Kocaeli və Bursada müşahidə olunan intensiv yağıntılar yaşayış evlərinin və iş yerlərinin su altında qalmasına səbəb olub.

en ru

Türkiyənin müxtəlif bölgələrində qeydə alınan güclü yağışlar və subasma hadisələri ilə nəticələnib. Ölkə mediasının yaydığı məlumata görə, təbiət hadisəsi xüsusilə Kocaeli və Bursa vilayətlərində ciddi problemlər yaradıb.

Kocaelinin Karamürsəl rayonunda yağan intensiv yağışlar nəticəsində bir sıra ev və iş yerlərini su basıb. Oxşar vəziyyət Bursanın İnegöl rayonunda da müşahidə olunub. Qısa müddət ərzində şiddətlənən yağıntılar yaşayış məntəqələrində subasmalara səbəb olub.

Vətəndaşların müraciətləri əsasında əraziyə xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər su basmış obyektlərdə və küçələrdə təmizləmə işləri aparır, həmçinin tıxanmış kanalizasiya və barmaqlıqlarının açılması istiqamətində zəruri tədbirlər görürlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…