İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlar prosesi barədə rəsmi mövqeyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki hesabında paylaşdığı bəyanatda müzakirələrin uğurlu nəticələnməsi üçün konkret şərtlərin vacibliyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Vaşinqtonla dialoqun səmərəli olması tərəflərin imzalanmış anlaşma memorandumundakı öhdəliklərə tam və qeyd-şərtsiz əməl etməsindən birbaşa asılıdır.
Pezeşkianın sözlərinə görə, razılaşdırılmış mətn xaricində edilən şərhlər və bəyanatlar danışıqlar mühitinə mənfi təsir göstərir.
Məsud Pezeşkian vurğulayıb ki, müzakirə prosesindəki irəliləyiş yalnız tərəflərin üzərlərinə düşən vəzifələri praktikada yerinə yetirmələri ilə qiymətləndiriləcək.