Əsas məzmuna keç

Gürcüstanda vətənə xəyanət maddəsi ilə ilk cinayət işi açıldı

Gürcüstanda vətənə xəyanət maddəsi ilə ilk cinayət işi açıldı

Tbilisi məhkəməsi dövlətə qarşı casusluq ittihamı ilə bağlı presedent yaradıb. Gürcüstanın təhlükəsizlik xidməti kimləri hədəf alıb? Təfərrüatlar burada.

en ru

Gürcüstanın Baş Prokurorluğu vətənə maddəsi üzrə ilk qaldırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iş Gürcüstanın Veteranların İşləri üzrə Dövlət Xidmətinin müraciəti əsasında müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Giorgi Baramidzenin bəyanatı ilə bağlı açılıb.

İstintaq vətənə xəyanət maddəsi ilə yanaşı Gürcüstanın dövlət maraqlarına təhlükənin yaradılması maddəsi ilə də aparılır.

Qeyd edək ki, Giorgi Baramidze televiziya proqramında deyib ki, “Abxaziyada müharibə zamanı gürcü hərbçilər əsirləri güllələdiklərinə görə qarşı tərəf əsirləri geri qaytarmırdı”.

Xatırladaq ki, Gürcüstanın Cinayət Məcəlləsindən 2007-ci ildə çıxarılan vətənə xəyanət maddəsi ötən ilin aprelində bərpa edilib. Bu cinayət əməlinə görə 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…