Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər sərəncamlarla, Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Elmar Eldar oğlu Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.