Əsas məzmuna keç

Prezident bir sıra məhkəmələrə yeni sədrlər təyin edib

Prezident bir sıra məhkəmələrə yeni sədrlər təyin edib

Dövlət başçısı İlham Əliyev məhkəmə sistemində rəhbər vəzifələrə təyinatlarla bağlı Sərəncam imzalayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının Prezidenti İlham Əliyev bir sıra məhkəmələrdə sədrlərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınmaqla, ölkə Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Qanunun müvafiq maddələrinə uyğun olaraq aşağıdakı təyinatlar həyata keçirilib:

Apellyasiya məhkəmələri üzrə sədrlər:

  • Mübariz Dosməmməd oğlu Əkbərov – Apellyasiya Məhkəməsinin sədri;
  • Tofiq Temir oğlu Paşayev – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri;
  • Nuru Nadir oğlu Quliyev – Şəki Apellyasiya Məhkəməsinin sədri;
  • Vəli Əsgər oğlu Abdullayev – Şirvan Apellyasiya Məhkəməsinin sədri.

Ağır cinayətlər məhkəmələri üzrə sədrlər:

  • Rəşad Şəmşir oğlu Əliyev – Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri;
  • Rafail Əyyub oğlu Əliyev – Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri.

Sərəncama əsasən, həmçinin aşağıdakı təyinatlar və yerdəyişmələr edilib:

  • Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.
  • Zaur Arif oğlu Hacıyev və Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifələrindən azad Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunublar.
  • Azər Ramiz oğlu Tağıyev Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.
  • Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin olunub.
  • Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.
  • Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
  • Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin olunub.
  • Şəhriyar İbrahim oğlu Əliyev Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
  • Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…