Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Belarus parlamentinin sədrini qəbul etdi

2 dəq
Paylaş:
İlham Əliyev Belarus parlamentinin sədrini qəbul etdi

Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli ilə iştirak etdiyini dedi.

Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı birgə layihələrin uğurla icra olunduğu dedi.

Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.

İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğuladı. Qeyd etdi ki, nüfuzlu tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.

Söhbət zamanı münasibətlərimizin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edildi, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax