Əsas məzmuna keç

Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Diplomatik korpusda təyinat: Rəsmi Bakının Astanadakı yeni nümayəndəsi Kasım-Jomart Tokayevlə görüşüb. İki ölkə arasında strateji əməkdaşlıq nələri vəd edir?

en ru

Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” Akordaya istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına Astanada, Müstəqillik Sarayında keçirilən mərasimdə təqdim edib.

səfirindən başqa, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiya səfirləri də etimadnamələrini təqdim ediblər.

Salamlama nitqində Tokayev Qazaxıstanın sülhsevər xarici siyasət kursuna sadiq olduğunu qeyd edib və ölkənin sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək səyini vurğulayıb.

Sonda Qazaxıstanın təmsil olunan ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

Xatırladaq ki, İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib. Ondan əvvəl bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Ə.Əsgərov isə daha əvvəl Azərbaycanın Tacikistandakı diplomatik missiyasına rəhbərlik edirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…