Əsas məzmuna keç

Azərbaycan və Özbəkistan XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Özbəkistan XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Daşkənddə keçirilən görüşdə strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri müzakirə olunub. İkitərəfli münasibətlərdə yeni mərhələ nədən ibarətdir?

en ru

və iki ölkənin nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində Daşkənddə ikitərəfli gündəliyin məsələlərini müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşünün yekunlarına dair "Telegram"da bildirib.

Saidov qeyd edib ki, Şərifovun səfəri çərçivəsində baş tutan danışıqlar etimad mühitində keçib. Tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini ətraflı nəzərdən keçiriblər.

"İki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun yekunlarını alqışlayırıq. Dövlətlərimizin fəal, dostluq və etimada əsaslanan dialoqu Özbəkistan və Azərbaycan arasında strateji və müttəfiqlik münasibətlərinin dinamik inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Biz ikitərəfli münasibətlərin aktual gündəliyini ətraflı müzakirə etdik", - Özbəkistanın XİN rəhbəri yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…