Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: "Trump yolu" regionu gücləndirəcək

3 dəq
Paylaş:
Ceyhun Bayramov: "Trump yolu" regionu gücləndirəcək

Sənaye zonalarının yenidən əlaqələndirilməsi, iqtisadi imkanların bərpası və uzunmüddətli sülh və üçün şərait yaradılması deməkdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

O bildirib: "Yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və iqtisadi sistemlərə inteqrasiya edir.

Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir. Bu baxımdan, onların təsiri Azərbaycanın sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi artım və əməkdaşlığa töhfə verir".

Ceyhun Bayramov qeyd edib ki, Transxəzər Orta Dəhlizi və Şimal-Cənub Dəhlizinin əsas təşviqedicilərindən biri kimi beynəlxalq səviyyədə tanınan roluna əsaslanaraq, Azərbaycan postmünaqişə strategiyasının bir hissəsi olaraq multimodal bağlantı gündəliyini ardıcıl şəkildə təşviq edir:

"2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi beynəlxalq sülh və rifah naminə "Trump yolu" təşəbbüsünün əsasını qoymuşdur. Bu təşəbbüs yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz multimodal əlaqəni təmin etməyəcək, həm də dəmir yolları, avtomobil magistralları, enerji kəmərləri, elektrik və fiber-optik kabellər vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni strateji bağlantı xətti yaradacaq.

Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır-Dilucu xətti Zəngəzur dəhlizini tamamlayaraq regional bağlantını gücləndirəcək və Asiya ilə Avropa arasındakı əlaqələri daha da möhkəmləndirəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax