Əsas məzmuna keç

Hikmət Hacıyev: Azərbaycan bərpa təcrübəsini bölüşməyə hazırdır

Hikmət Hacıyev: Azərbaycan bərpa təcrübəsini bölüşməyə hazırdır

Prezidentin köməkçisi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi üzrə mühüm bilikləri tərəfdaşlara ötürməyi təklif edib. Rəsmi Bakının strateji planı ilə tanış olun.

en ru

Səksən beş mindən çox azərbaycanlı və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qurur. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həm digər ölkələrin qabaqcıl təcrübələrindən öyrənməyə, həm də özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni, eləcə də qarşılaşdığı çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Məhz bu düşüncə ilə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən uyğun məkanlardan biridir.

“Dünyanın müxtəlif nöqtələrində, o cümlədən bizim regionda yeni müharibələrin və münaqişələrin alovlandığı, şəhərlərin və insan məskənlərinin gözümüzün qarşısında dağıldığı bir dövrdə Azərbaycan bəşəriyyət üçün fəlakətli olan bu cür şəraitdə həm öyrənməyə, həm də öz reallıqlarını və təcrübəsini dünya ilə bölüşməyə hazırdır", - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…