Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

3 dəq
Paylaş:
İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəyə səfərini məmnunluqla xatırladıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəyə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkənin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib.

O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq hər iki liderin dövlətlərarası münasibətlərin inkişafına böyük önəm verdikləri qeyd olunub.

Donald Trampın Azərbaycanla arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.

Görüşdə Azərbaycanla ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, , bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax