Əsas məzmuna keç

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Mərkəzi Afrika Respublikasında baş verən dəhşətli qızıl mədəni qəzası ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq təziyəsini bildirib.

en ru

Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Respublikasına başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə XİN-in "X" hesabında məlumat verilib.

"Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş qəza xəbəri bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Kamerun və Mərkəzi Afrika Respublikasının sərhədində qızıl mədəninin çökməsi 100-ə yaxın insanın həyatına son qoyub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…