Bu gün Slovakiyaya "Drujba" boru kəməri ilə neft tədarükü bərpa olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Çatdırılma yerli vaxtla saat 02:00-da başlayıb.
Qeyd olunub ki, Ukraynanın blokadası səbəbindən Macarıstan və Slovakiya 27 yanvardan bəri Drujba boru kəməri ilə Rusiya neftini almayıb.
Nəticə etibarilə, Macarıstanın Baş naziri Viktor Orban neft tədarükü bərpa olunana qədər Ukraynaya 90 milyard avroluq AB kreditinə veto qoymayacağını bildirib.
Macarıstan seçkilərində qalib gələn Tisza Partiyasının lideri Peter Magyar Ukrayna Prezidenti Volodimir Zelenskini Drujba boru kəmərinin tez bir zamanda bərpasını təmin etməyə çağırıb.
Xatırladaq ki, Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ötən gün bildirmişdi ki, Drujba boru kəməri ilə Slovakiyaya tədarük aprelin 23-də gözlənilir.