Əsas məzmuna keç

Polşa Ukraynaya zirehli hərbi texnika tədarük edib

Polşa Ukraynaya zirehli hərbi texnika tədarük edib

bu barədə Polşa prezidenti Anjey Duda Ukraynaya səfərindən sonra verdiyi açıqlamada bildirib. "Ümumilikdə, biz Ukraynaya 400-ə yaxın tank verdik. Yalnız...

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı çərçivəsində Polşanın Kiyevə , təyyarə, zirehli transportyor və özüyeriyən artilleriya kimi 1000 ədəd müxtəlif hərbi texnika edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə prezidenti Anjey Ukraynaya səfərindən sonra verdiyi açıqlamada bildirib.

"Ümumilikdə, biz Ukraynaya 400-ə yaxın tank verdik. Yalnız döyüş maşınlarını və ağır texnikanı hesablasaq, bir sözlə, mindən çox ağır silah verdik", - deyə Duda qeyd edib.

Duda bildirib ki, Ukraynaya təhvil verilən texnikalar arasında T-72 tankları, "RT-91 Twardy", "Leopard"lar, müxtəlif növ zirehli personal daşıyıcıları, Polşa istehsalı olan “Rosomak” və “Krab” piyada döyüş maşınları, 10 MiQ-29 döyüş təyyarəsi və 10 helikopter var.

Hesablamalara görə, Ukraynaya ümumi yardım təxminən 25,9 milyard dollar təşkil edib ki, bunun da təxminən 3,1 milyard dolları hərbi texnikanın tədarükünə xərclənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…