Polşa "Şərq Qalxanı" sərhədini gücləndirmək planı çərçivəsində ştatın şərq sərhədində minalanmış sahələr yaratmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TVP telekanalı məlumat yayıb.
“Təlim məşqləri Orziszdəki poliqonda başlayacaq və baş nazir Donald Task buraya gələcək.
Təlimlər “Şərq Qalxanı”nın elementlərinin sınaqdan keçirilməsi ilə bağlı olacaq", - deyə telekanalın açıqlamasında deyilir.
Bildirilib ki, təlimlərdə beton kirpilərin, tank əleyhinə arxların və mina sahələrinin yaradılması nəzərdə tutulub.
Polşanın bu il şərq və şimal sərhədlərində istehkam tikintisinə başlayacağı bildirilir.