Əsas məzmuna keç

Polşa prezidentliyinə namizəd Ukraynanın Aİ və NATO-ya üzvlüyünü rədd edib

Polşa prezidentliyinə namizəd Ukraynanın Aİ və NATO-ya üzvlüyünü rədd edib

onun sözlərini "Polsat" telekanalı sitat gətirib. O, Varşava və Kiyev arasında Volındakı hadisələrlə bağlı mübahisəyə toxunaraq, "polyaklar üçün çox...

Müxalif prezidentliyinə namizəd Navrocki bu gün Ukraynanı Avropa İttifaqının (Aİ) və NATO-nun üzvü kimi görmədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "Polsat" telekanalı sitat gətirib.

O, Varşava və Kiyev arasında Volındakı hadisələrlə bağlı mübahisəyə toxunaraq, "polyaklar üçün çox vacib olan sivilizasiya problemləri həll olunmayana qədər" Ukraynanı Avro-Atlantik strukturlarda görmədiyini vurğulayıb.

"120 min qonşusuna qarşı törədilən çox amansız cinayətin əvəzini bilməyən dövlət beynəlxalq alyansların bir hissəsi ola bilməz", - Karol vurğulayıb.

Polşa prezidentliyinə namizəd qeyd edib ki, tərəfinin bu məsələ ilə bağlı bəyanatlarına inanmır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…