Polşa Belarusla sərhəddəki qoşunların sayını artıracağını və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Polşa Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.
Sözügedən bəyanatda Belarusa məxsus iki helikopterin Polşa sərhəddini keçdiyi qeyd olunub.
"Belarus tərəfi daha öncə polşa tərəfinə təlimlər barədə məlumat vermişdi. Sərhəd keçidi Bialovieza ərazisində çox alçaq hündürlükdə baş verib. Bu isə radar sistemləri tərəfindən aşkar edilməsi çətinləşdirib", - deyə məlumatda bildirilir.