Əsas məzmuna keç

Fransa hərbçiləri Ukraynada döyüşməkdən narahatdırlar

Fransa hərbçiləri Ukraynada döyüşməkdən narahatdırlar

Fransa hərbçiləri Ukraynaya əməliyyatlarında iştirak etmək üçün göndəriləcəklərindən narahatdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Ukraynaya göndərilmə var. Nə zaman olacağını , amma sonda ora gedəcəyimizə . Dürüst desəm, itkilər çox böyük olacaq", – hərbi məktəbi bitirmiş fransız leytenantı nəşrə bildirib.

Onun sözlərinə görə, Ukraynada onları "qırğın" gözləyir. O, ümumilikdə sülhməramlı olmaq əleyhinə deyil.

"İndiki vəziyyətdə bizə qarşı nə gözlənildiyini həqiqətən qarşılamağa hazırıqmı, bilmirəm", – deyə digər dəniz piyadası nəşrə bildirib.

Qeyd edək ki, Fransa ordusu Ukraynadakı vəziyyətə bənzər şəraitdə döyüşmək üçün təlimlər keçir. Xüsusilə, Fransanın Silahlı Qüvvələri səngərlərdə döyüşmə, radioelektron mübarizə üsulları və pilotsuz uçuş aparatlarının istifadə olunduğu taktiki təlimləri məşq edir. Bundan əlavə, ukraynalı hərbçilərlə birgə təlimlərin sayı artırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…