"Polşa ABŞ helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
“Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, - deyə nazir söyləyib.
Hücum helikopterlərinin növbəti il ölkəyə gətirilməsi nəzərdə tutulur.