Operativ Məlumat Mərkəzi

Polşa 4,9 milyard dollara yeni raketlər alacaq

1 dəq
Paylaş:
Polşa 4,9 milyard dollara yeni raketlər alacaq
bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu, Böyük Britaniya və Polşa arasında indiyə qədər bağlanmış ən böyük...

Avropalı raket istehsalçısı MBDA-nın Britaniya qolu Polşanın dövlət müdafiə konserni PGZ ilə yeni CAMM-ER idarəolunan zenit raketlərinin tədarükü üçün 4 milyard funt sterlinqlik (4,9 milyard dollar) müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, Böyük Britaniya və Polşa arasında indiyə qədər bağlanmış ən böyük kommersiya müqaviləsidir.

CAMM-ER (Common Anti-Air Modular Missile - Extended Range - Qeyd) “yer-hava” tipli raketdir.

Raket təyyarələr, helikopterlər, Pilotsuz Uçuş Aparatları (PUA) və qanadlı raketlər də daxil olmaqla, müxtəlif təhlükələrə qarşı Hava Hücumundan Müdafiə sistemləri üçün nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər