Operativ Məlumat Mərkəzi

İsrail əsgərləri 2 jurnalisti saxlayıblar

1 dəq
Paylaş:
İsrail əsgərləri 2 jurnalisti saxlayıblar

İsrail əsgərləri Hebron şəhərində evlərə basqın edərək Məhəmməd əl-Atraş və Əmir Əbu Ərafe adlı 2 jurnalisti saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bundan əlavə, İsrail qüvvələri Hebron şəhərinin Devra, Harsa, Halhul qəsəbələrinə və Əl-Arub Qaçqınlar Düşərgəsinə basqın edərək çoxlu sayda fələstinlini həbs edib. Basqınların keçirildiyi bir çox bölgədə İsrail əsgərləri ilə fələstinlilər arasında insidentlər yaşanıb.

Xatırladaq ki, İsrail qüvvələri Qəzzaya hücumları ilə yanaşı, oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də müxtəlif iddialarla fələstinlilərə qarşı həbs əməliyyatlarını davam etdirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər