Əsas məzmuna keç

Polis Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlayıb

Polis Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlayıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. DİN-in...

Beyləqan Rayon Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb.

Onun üzərində kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında həmin şəxsin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…