Əsas məzmuna keç

"Pizza Hut"ın 68 filialı bağlanacaq

"Pizza Hut"ın 68 filialı bağlanacaq

bununla bağlı xarici KİV məlumat yayıb. "Pizza Hut" İngiltərənin restoran qolu üçün son anda əldə olunan xilasetmə razılaşması ilə 64 filial fəaliyyətini...

İngiltərədə "Pizza Hut" şəbəkəsini idarə edən şirkətin maliyyə çöküşünə uğraması nəticəsində 68 filialın bağlanacağı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Pizza Hut" İngiltərənin qolu üçün son anda əldə olunan xilasetmə razılaşması ilə 64 filial fəaliyyətini davam etdirəcək və 1.277 işçinin işi qorunacaq.

Lakin 68 restoran bağlanacaq, razılaşma xaricində qalan 75 restoranın isə gələcəyi qeyri-müəyyən olaraq qalır.

Şirkətin əməliyyatlardan məsul rəhbəri Nikola Burkie bildirib:

“Bu hədəfli satınalma, müştəri təcrübəsini qorumağı və mümkün olan hallarda məşğulluğu davam etdirməyi hədəfləyir. Əsas prioritetimiz, alınan restoranlarda davamlılığını təmin etmək və keçid dövründə işçilərə dəstək olmaqdır.”

"Pizza Hut"ın İngiltərədəki restoranlarını işlədən françayz "DC London Pie Limited" cəmi bir il əvvəl şəbəkəni iflasdan almışdı. Lakin indi yenidən maliyyə böhranı ilə üz-üzədir.

Bu hadisə ilə birlikdə 740-dan çox işçinin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…