ABŞ-nin müdafiə naziri Pit Heqset NATO-nun uzun müddət “kağız pələng” və “birtərəfli küçə” kimi fəaliyyət göstərdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “The Guardian” qəzeti NATO müdafiə nazirlərinin görüşünə istinadən məlumat yayıb.
Heqset çıxışı zamanı alyans üzvlərinin müdafiə sahəsində daha böyük məsuliyyət daşımalı olduqlarını vurğulayıb.
“Müttəfiqlərimiz irəli addım atmalıdırlar. NATO uzun müddətdir ki, kağız pələng və birtərəfli küçə olub. Artıq belə olmayacaq”, - deyə ABŞ müdafiə naziri bildirib.
Onun sözlərinə görə, müdafiə xərcləri ilə bağlı öhdəliklərin artırılması NATO-nun yenidən güclü hərbi alyansa çevrilməsinə xidmət edir.
“Heç bir şübhə yoxdur ki, məqsəd NATO-nu yenidən sərt gücə və real çəkindirməyə yönəlmiş əsl hərbi alyansa – NATO 3.0-a çevirməkdir”, - deyə Heqset əlavə edib.
Pentaqon rəhbəri həmçinin bildirib ki, NATO gələcəkdə Avropanın ənənəvi müdafiəsində daha aparıcı rol oynayacaq.