İran təslim olmayacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Məsud Pezeşkian yayımladığı videomüraciətində bildirib. Prezident rəsmi Tehranın ABŞ və İsrail qarşısında geri çəkilməyəcəyini bir daha vurğulayıb.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib. Tramp bəyan edib ki, qeyd-şərtsiz təslim olmaqdan başqa İranla heç bir razılaşma mümkün olmayacaq.