Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Peter Maqyar: Macarıstan sülh danışıqlarına ev sahibliyi edə bilər

2 dəq
Paylaş:
Peter Maqyar: Macarıstan sülh danışıqlarına ev sahibliyi edə bilər

Rusiya-Ukrayna münaqişəsinin həllinə dəstək verməyə və danışıqlara ev sahibliyi etməyə hazırdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Macarıstanın Peter Maqyar Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan münaqişənin həlli istiqamətində həm diplomatik, həm də göstərə bilər.

“Biz diplomatik və humanitar yardım göstərə bilərik və Macarıstan da danışıqlar üçün məkan ola bilər”, – deyə Maqyar vurğulayıb.

Kiyev üçün zəmanətlərinə toxunan baş nazir qeyd edib ki, belə təminatlar yalnız beynəlxalq ictimaiyyət tərəfindən verilə bilər.

“Macarıstan burada həlledici rol oynaya bilməz. Bu, böyük dövlətlərin səlahiyyətində olan məsələdir”, – deyə o bildirib.

Qeyd edək ki, Peter Maqyar iyunun 2-də Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşüb. O, həmçinin gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax