“Rusiyanın nüvə sahəsində təcrübəsi ABŞ-dən daha böyükdür”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov Yerevan və Vaşinqton arasında nüvə layihələri ilə bağlı əməkdaşlıq məsələsinə toxunaraq qeyd edib ki, Ermənistanda mövcud olan qurğular sovet və Rusiya dizaynına malikdir.
“Ermənistan və ABŞ arasında nüvə enerjisi sektorunda əməkdaşlığa gəldikdə, orada köhnə sovet qurğuları var və əlbəttə ki, onlar sovet və Rusiya dizaynına malikdir. Burada Rusiyanın, şübhəsiz ki, daha böyük təcrübə və daha böyük rəqabət qabiliyyəti var”, – deyə Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, nüvə sektorunda dünyanın ən inkişaf etmiş ölkələrindən biri kimi Rusiya tərəfdaşları tərəfindən tələb olunarsa, beynəlxalq rəqabətə tab gətirə bilir.
Peskov vurğulayıb ki, Rusiya “daha az vəsait müqabilində uzun illər daha keyfiyyətli məhsullar təqdim etməyə qadirdir”.