Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin qubernatorlarla nə danışıb?- Peskovdan rəsmi açıqlama

1 dəq
Paylaş:
Putin qubernatorlarla nə danışıb?-  Peskovdan rəsmi açıqlama

Rusiya Prezidenti Vladimir Putin region rəhbərlərinin istefası ilə bağlı qərarı qəbul etməzdən əvvəl onlarla danışıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kremlin katibi Dmitri jurnalistlərin suallarına cavab verərkən bildirib.

Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ilə vilayətlərinin qubernatorları arasında mütəmadi əlaqə olub və bu, dövlət idarəçiliyində normal praktikadır.

Məlumata əsasən, Vyaçeslav Qladkov və Aleksandr Boqomaz mayın 13-də vəzifələrindən azad ediliblər.

Onların yerinə müvafiq olaraq Aleksandr Şuvayev və Yeqor Kovalçuk müvəqqəti icraçı rəhbərlər təyin olunublar.

Kreml sözçüsü vurğulayıb ki, region rəhbərləri ilə daima əlaqədə olublar və istefa prosesi əvvəlcədən müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax