Minimum əməhhaqqı ilə bağlı artımları böyük ehtimalla biz 2025-ci ilin əvvəlindən görə biləcəyik və bu sözsüz ki, bütövlükdə ölkə üzrə əməkhaqqı fondunun müavinətlərin artırılmasına gətirib çıxaracaq. Yəni, sosial ödənişlər bütövlükdə bununla artmış olacaq.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlmasında iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov bildirib.
O qeyd edib ki, 2018-ci ildən başlayaraq, artıq dörd qabaqlayıcı sosial zərf reallaşdırılıb. Son yeddi ilə yaxın müddətdə, sosialyönümlü tədbirlərin dövlət idarəetməsi, dövlətin sosial-iqtisadi siyasəti baxımından prioritet təşkil etməsini görürük.
İqtisadçı-ekspert düşünür ki, biz 2025-ci ildən növbəti sosial zərfin reallaşdırılmasının şahidi ola bilərik.
“Ümid edirəm ki, bu siyasət ardıcıl və dayanıqlı şəkildə davam etdiriləcək və bu siyasətin əsas fundamental zəmini kimi, o cümlədən bizim son illər ərzində sosial siyasət seqmentində əldə etdiyimiz şəffaflıq çıxış edir. Çünki, bu şəffaflıq hesabına dövlətin resursları daha da çoxalır və o resursları, ölkə prezidentinin siyasi iradəsinə əsasən dövlətimiz məhz sosialyönümlü tədbirlərin, siyasətin həyata keçirilməsinə istiqamətləndirir”, - deyə E.Məmmədov vurğulayıb.
Aminə Nəzərova