Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ patrul təyyarələri İran yaxınlığında kəşfiyyat aparır

1 dəq
Paylaş:
ABŞ patrul təyyarələri İran yaxınlığında kəşfiyyat aparır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “P-8A ” gəmi əleyhinə patrul təyyarəsi İran yaxınlığındakı Hörmüz boğazı və Oman körfəzi üzərində uçuşları həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya resursunun məlumatında bildirilir.

Təyyarələr Bəhreyndə Şeyx İsa Hava Bazasından havaya qalxıb. Bir neçə saat davam edən zamanı onlardan biri Fars körfəzi ilə Oman körfəzi arasında hərəkət edərək Hörmüz boğazı üzərindən uçub, digəri isə İranın cənub-şərq sahilləri yaxınlığında, Oman körfəzində sular üzərində fəaliyyət göstərib.

Məlumata görə, regiondakı vəziyyətin monitorinqi məqsədilə ABŞ tərəfindən mütəmadi olaraq patrul təyyarələri və uzun mənzilli MQ-4C Triton pilotsuz uçuş aparatlarından istifadə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax