Əsas məzmuna keç

Paşinyandan Musayev ilə bağlı VACİB AÇIQLAMA

Paşinyandan Musayev ilə bağlı VACİB AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan saxlanılan Nəsimi Musayevin diversant olmadığını təsdiqləyib. Hərbçinin vəziyyəti necədir?

en ru

Ermənistanın Nikol ərazisində saxlanılan hərbçisi Nəsimi Musayev barədə yeni açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbərinə görə, Paşinyan bildirib ki, üzərində odlu silah olan azərbaycanlı hərbçi saxlanılarkən Ermənistan tərəfinə müqavimət göstərməyib.

Onun sözlərinə görə, hərbçinin müəyyən xəsarətləri də olub.

“Əlində odlu silah olan azərbaycanlı hərbçi saxlanılarkən ümumiyyətlə müqavimət göstərməyib. Bildiyim qədər, onun müəyyən xəsarətləri də olub”, - deyə Paşinyan bildirib.

Пашинян завтра выступит в ПАСЕ | Modern.az

Ermənistan müdafiə naziri: Azərbaycandan saxlanılan hərbçi diversant deyil

Ermənistanın Suren Papikyan isə Ermənistan tərəfinin saxladığı azərbaycanlı hərbçinin diversant olmadığını bildirib.

Папикян отправился в США | Modern.az

Papikyan bu barədə oktyabrın 7-də Ermənistan parlamentində hökumət saatı zamanı danışıb.

Nazirin sözlərinə görə, azərbaycanlı hərbçi saxlanılarkən Ermənistan tərəfinə müqavimət göstərməyib.

“Bu, artıq onun diversant olmadığının göstəricisidir”, - deyə Papikyan bildirib.

Ermənistan müdafiə naziri həmçinin qeyd edib ki, insident barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülüb. Onun sözlərinə görə, axtarış işləri də aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…