"Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanı Ermənistanın Baş naziri postuna namizəd irəli sürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, qərar partiyanın bu gün keçirilən növbədənkənar qurultayında qəbul edilib.
Qurultay iştirakçıları Paşinyanın namizədliyini yekdilliklə dəstəkləyiblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyasının 8-ci növbədənkənar qurultayının rəsmi gündəliyini elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə özünün "Facebook" səhifəsində bildirib.
Məlumata görə, açıq səsverməyə üç əsas məsələ çıxarılacaq:
- Partiyanın seçki siyahısını təsdiqləmək və Ermənistan parlamentinə keçiriləcək seçkilərə (7 iyun 2026-cı il) irəli sürmək;
- İdarə heyətinin sədri Nikol Paşinyanı partiyanın Ermənistanın Baş naziri postuna namizədi kimi təsdiqləmək;
- Ermənistan parlamentinə keçiriləcək seçkilər üçün partiyanın seçkiqabağı proqramını təsdiq etmək.
İclasın əvvəlində, həmçinin açıq səsvermə yolu ilə qurultayın sədrinin və katiblərinin seçilməsi planlaşdırılır.