Operativ Məlumat Mərkəzi

Paşinyan Putinin andiçmə mərasiminə gəlməyəcək

1 dəq
Paylaş:
Paşinyan Putinin andiçmə mərasiminə gəlməyəcək
bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Ermənistanın baş nazirinin Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya...

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Ermənistanın baş nazirinin Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala o, mənfi cavab verib.

Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da baş tutacaq. Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 100 faizi işləndikdən sonra Putin 87,28 faiz səs toplayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər