Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İrəvanın Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə o, bu gün onlayn mətbuat konfransında söyləyib.
"Hazırda biz Azərbaycanla ikitərəfli formatda işləyirik. Nə qədər ki, bu format effektiv işləyir, ondan istifadəni davam etdirməyi düzgün hesab edirəm. İkitərəfli formatdan istifadə digər formatlarda işləmək imkanını istisna etmir.
İlham Əliyevlə Ermənistan-Azərbaycan sərhədində də görüş baş tuta bilər. Mən bu formata hazıram".